Qanlı döyüş nəticəsində erməni tərəfinin 4 hərbi qulluqçusu məhv edilib

Qanlı döyüş nəticəsində erməni tərəfinin 4 hərbi qulluqçusu məhv edilib Erməni tərəfinin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var
Qarabağ
26 Sentyabr , 2015 09:53
Qanlı döyüş nəticəsində erməni tərəfinin 4 hərbi qulluqçusu məhv edilib

Bakı. 26. sentyabr. REPORT.AZ/ Sentyabrın 25-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun mövqelərinə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçu yüngül qəlpə yaraları alıb. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir. Bildiririk ki, şəhidlərimizin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaqdır. Silahlı Qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir. Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin istənilən hərəkətinin qarşısı daha üstün silahlar tətbiq edilməklə qətiyyətlə alınır", - məlumatda bildirilir. 

Azərbaycan Müdafiə Nazirliyi vurğulayır ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Son xəbərlər

Orphus sistemi