Yuxarı

Pyer Andryö ATƏT-in MQ həmsədrlərinin tərkibinin dəyişdirilməsi ehtimalını şərh edib

Həm Almaniya, həm də Türkiyə ATƏT-in Minsk qrupunun üzvləridir

Bakı. 16 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryö qrupun tərkibinin dəyişdirilməsi ehtimalını şərh edib. 

"Report" xəbər verir ki, fransalı həmsədr jurnalistlərə bildirib ki, həm Almaniya, həm də Türkiyə ATƏT-in Minsk qrupunun üzvləridir: "Tarixən belə formalaşıb ki, üç həmsədr seçilir və onların təmsil etdiyi ölkələr BMT Təhlükəsizlik Şurasının daimi nümayəndələri olur".

P.Andryö qeyd edib ki, 2016-cı ildə Almaniya ATƏT-də sədrliyi qəbul edəcək və Almaniya kansleri bu münaqişənin həllində daha fəal iştirak etmək niyyətində olduğunu bildirib. 

"Avropa İttifaqı Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndəsini təyin edib. Biz tez-tez görüşürük. Səylərimizin bir istiqamətə yönəlməsi çox vacibdir", - vasitəçi əlavə edib. 

Xatırladaq ki, azərbaycanlı deputatlar bir müddət əvvəl ATƏT PA çərçivəsində sözügedən qrupun fəaliyyətini qeyri-effektiv hesab edərək, Minsk qrupu həmsədrlərinin dəyişdirilməsinə dair məsələ qaldırmaq niyyətini açıqlayıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi