Yuxarı
    Bağlamaq

    Putin: "Rusiya Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməkliyini davam etdirəcək"

    Bakı. 1 sentyabr. REPORT.AZ/ "Rusiya Qarabağ münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməkliyini davam edəcək".

    “Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında çıxışə zamanı deyib.

    "Əlbəttə ki, biz beynəlxalq və regional problemlərlə bağlı fikir mübadiləsi apardıq. Xüsusən, təbii ki, Dağlıq Qarabağ probleminə də toxunduq. Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək", - deyə o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi