Putin Bakıda Qarabağ münaqişəsi üzrə keçirilən son danışıqlar barədə Sarqsyanı məlumatlandırıb

Putin Bakıda Qarabağ münaqişəsi üzrə keçirilən son danışıqlar barədə Sarqsyanı məlumatlandırıb Moskvada Rusiya və Ermənistan prezidentlərinin görüşü keçirilir
Qarabağ
10 Avqust , 2016 18:40
Putin Bakıda Qarabağ münaqişəsi üzrə keçirilən son danışıqlar barədə Sarqsyanı məlumatlandırıb

Bakı. 10 avqust. REPORT.AZ/ Rusiya dövlət başçısı Vladimir Putin  Bakıda Dağlıq Qarabağ münaqişəsi üzrə keçirilən son danışıqların nəticəsi barədə Moskvada səfərdə olan Ermənistan prezidenti Serj Sarqsyanı məlumatlandırıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüş zamanı biz bu mövzudan yan keçə bilməzdik. Bu, Dağlıq Qarabağ münaqışəsinin nizama salınması məsələsidir. Əlbəttə, mən məmnuniyyətlə sizi Bakı görüşü haqqında məlumatlandırıram", - S.Sarqsyanla Kremldə görüş zamanı V.Putin deyib.

V.Putinlə görüş zamanı Ermənistan prezidenti Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Rusiyanın göstərdiyi siyasi və diplomatik səylərə görə minnətdarlığını bildirib.

"Mən şəxsən sizə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın göstərdiyi səylərə görə minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə, burada əldə olunan razılaşmaların yerinə yetirilməsi çox vacibdir. Biz buna hazırıq", - S.Sarqsyan deyib.

Son xəbərlər

Orphus sistemi