Yuxarı

Prezidentlərin Sankt-Peterburq görüşündən sonra ermənilər atəşkəs rejimini 300 dəfə pozub, Azərbaycan iki şəhid verib

Dövlət başçılarının danışıqlarından ötən müddətdə Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub

Bakı. 15 iyul. REPORT.AZ/ Sankt-Peterburqda iyulun 20-də Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarqsyan arasında keçirilən üçtərəfli görüşdən sonra erməni silahlı bölmələri atəşkəs rejimini 300 dəfə pozub.

"Report" xəbər verir ki, atəşkəs ən çox Qazax, Tərtər, Ağdam, Füzuli və Xocavənd rayonları istiqamətində yerləşən qoşunların qarşıdurma xəttində pozulub.

Bu müddət ərzində Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub. İyulun 5-də Azərbaycan-Ermənistan dövlət sərhədində .Ermənistan tərəfinin snayper atəşi nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub. 

İyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub. 

Müdafiə Nazirliyi bəyan edib ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Qeyd edək ki, iyunun 20-də Sankt-Peterburq şəhərində Rusiyanın dövlət başçısı Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan rəhbəri Serj Sarqsyan arasında üçtərəfli görüş keçirilib. Həmin görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli görüşləri müntəzəm olaraq davam etdirmək barədə razılığa gəliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi