Prezidentin köməkçisi və müdafiə naziri cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyəti yoxlayıb

Prezidentin köməkçisi və müdafiə naziri cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyəti yoxlayıb Hərbi qulluqçularla söhbətlər aparılıb
Qarabağ
24 Yanvar , 2018 10:33
Prezidentin köməkçisi və müdafiə naziri cəbhə xəttində yerləşən hərbi hissələrdəki vəziyyəti yoxlayıb
Mod.gov.az

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.

Son xəbərlər

Orphus sistemi