Prezident: Pakistan Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir

Prezident: Pakistan Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir Məmnun Hüseyn: "Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləməyə davam edir"
Qarabağ
19 Noyabr , 2014 20:32
Prezident: Pakistan Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir

Bakı. 19 noyabr. REPORT.AZ/ Pakistan prezidenti Məmnun Hüseyn bu ölkədə səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib.

"Report"un Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, görüş zamanı prezident M.Hüseyn Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. O, müdafiə, ticarət və iqtisadi əlaqələr sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edərək, əlaqələrin daha möhkəmlənməsinin mühüm olduğunu bildirib.

Prezident qeyd edib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləməyə davam edir.

M.Hüseyn həmçinin Kəşmir məsələsində Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini söyləyib.

Görüş zamanı tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərini, hər iki ölkənin hərbçiləri üçün təlimlərin keçirilməsini də müzakirə ediblər. Prezident M.Hüseyn Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) layihəsinə Pakistanın da üzv olması üçün Azərbaycanın ölkəsini dəstəkləməsini istəyib.

Azərbaycan müdafiə nazir, general-polkovnik Zakir Həsənov da öz növbəsində prezidentə görüş üçün təşəkkür edib və iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyini əminliklə bildirib.

Son xəbərlər

Orphus sistemi