Yuxarı
    Bağlamaq

    Prezident Kəlbəcərdə girov götürülmüş azərbaycanlıların ailələrinin mənzil təminatı ilə bağlı tapşırıq verib

    Elçin Qədimov: Bu tapşırıq əsasında onların ailələri mənzillə təmin olunacaq

    Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərdə girov götürülmüş Şahbaz Quliyev, Dilqəm Əsgərov və erməni hərbçiləri tərəfindən öldürülən Həsən Həsənovun ailələrinə mənzil verilməsi ilə bağlı tapşırıq verib.

    Bu barədə "Report"a Azərbaycan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məlumat verib. 

    O bildirib ki, bu tapşırıq əsasında onların ailələri mənzillə təmin olunacaq.

    Qeyd edək ki, bu ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev işğal altında olan Kəlbəcər rayonunda Ermənistan hərbçiləri tərəfindən girov götürülüblər, Həsən Həsənov isə güllələnərək öldürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi