Yuxarı
    Bağlamaq

    Prezident: “İtaliya Minsk qrupuna alternativ yaradılmasını müzakirə etməyə hazırlaşmır”

    Bakı. 6 aprel. REPORT.AZ/ “İtaliya ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində səylərini dəstəkləyir”.

    “Report” Ermənstan KİV-inə istinadən xəbər verir ki, bunu İtaliya prezidenti Serco Mattarella Romada Ermənistanın dövlət başçısı Serj Sarqsyanla görüşdə bildirib. 

    Məlumata görə, prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. 

    “İtaliya danışıqların başqa formatının yaradılmasını müzakirə etməyə hazırlaşmır. Biz ümid edirik ki, ATƏT-in Minsk qrupu münaqişə tərəfləri ilə birlikdə doğru yol tapacaq və münaqişə güzəştlər yolu ilə daha tez həllini tapacaq”, - deyə İtaliya prezidenti vurğulayıb.

    S.Mattarella qeyd edib ki, İtaliya ATƏT-ə sədrliyi ərzində dondurulmuş münaqişələrin həllinə üstünlük verəcək.

    Qeyd edək ki, İtaliya 2018-ci ilin yanvarından ATƏT-ə sədrlik edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi