Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Putinə Qarabağ münaqişəsinin tənzimlənməsində göstərdiyi fəallığa görə təşəkkür edib

    İlham Əliyev: Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rolunu xüsusi qeyd etmək istərdim

    Bakı. 8 avqust. REPORT.AZ/ "Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın rolunu xüsusi qeyd etmək istərdim".

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdə bildirib.

    Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində göstərdiyi fəallığa görə, Vladimir Putinə təşəkkür edib.

    İ.Əliyev bu ilin iyununda Sankt-Peterburqda münaqişəyə həsr edilən görüşü xatırladaraq, deyib: "Mən bu prosesdə fəal iştirak etdiyiniz üçün Sizə təşəkkür edirəm".

    O, qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin görüşləri ikitərəfli əlaqələrin inkişafına yeni təkan verir: "Bu əlaqələr artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatıb və demək olar ki, bütün sahələri əhatə edir. Bizim beynəlxalq arenada da qarşılıqlı fəal münasibətimiz siyasi dialoq, iqtisadi əlaqələrlə möhkəmlənir".

    Prezidenti bildirib ki, Azərbaycan, Rusiya və İran liderlərinin üçtərəfli yeni formatlı görüşü regionun təhlükəsizliyinin gücləndirilməsinə və ölkələrin iqtisadiyyatının inkişafına yardım edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi