Yuxarı

Prezident İlham Əliyev: "Hazırda Dağlıq Qarabağda mövcud olan status-kvo qəbuledilməzdir"

Münaqişə mütləq beynəlxalq hüquq normalarına uyğun olaraq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

Bakı. 8 avqust. REPORT.AZ/ "Hazırda Dağlıq Qarabağda mövcud olan status-kvo qəbuledilməzdir".  

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən üçtərəfli sammitdə çıxışı zamanı bildirib. 

"Beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarıdırlar. Münaqişə ilə bağlı mövcud olan (Dağlıq Qarabağda - red.) status-kvo qəbuledilməzdir", - deyə dövlət başçısı qeyd edib.  

"Münaqişə mütləq beynəlxalq hüquq normalarına uyğun olaraq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir", - Azərbaycan Prezidenti diqqətə çatdırıb. 

Xatırladaq ki, Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüş keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi