Yuxarı
    Bağlamaq

    ​Prezident İlham Əliyev: “Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ən azı on dəfə böyük və güclüdür”

    “Erməni lobbisinin çirkin səylərinə baxmayaraq sübut edə bilmişik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”

    Bakı. 27 may. REPORT.AZ/ “Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır və biz son illər ərzində apardığımız siyasət nəticəsində erməni lobbisinin çirkin səylərinə baxmayaraq sübut edə bilmişik ki, bu, əzəli Azərbaycan torpağıdır. Dağlıq Qarabağ bütün beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır və biz BMT-yə üzv olduqda bütün dünya tərəfindən Dağlıq Qarabağ da Azərbaycanın tərkib hissəsi və bir parçası kimi qəbul edildi”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışında deyib.

    Prezident vurğulayıb ki, siyasi müstəvidə bu gün Azərbaycanın siyasi çəkisi Ermənistanın çəkisi ilə müqayisəedilməz dərəcədədir: “Digər amil iqtisadi faktordur. Burada da Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ən azı on dəfə böyük və güclüdür. Əlbəttə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Heç bir postsovet məkanında buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul edib və orada da açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri qeyri-şərtsiz işğal edilmiş torpaqlardan çıxmalıdır. Nə qədər Ermənistan çalışsa ki, bunu təhrif etsin, mümkün deyil. Çünki bu yazılıb və dərc edilib”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi