Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır"

    Azərbaycan Prezidenti: Ölkələrimizin dövlətlərarası münasibətlərindən çox məmnunuq

    Bakı. 19 noyabr. REPORT.AZ/ "Biz ölkələrimizin dövlətlərarası münasibətlərindən çox məmnunuq. Bu münasibətlər praktiki olaraq bütün sahələri əhatə edir və çox yaxşı dinamikliyə malikdir. Dövlət başçıları səviyyəsində müntəzəm görüşlər keçirilir. Bu il bir neçə görüş keçirilib. Eləcə də xarici siyasət idarələrinin başçıları və müvafiq qurumların rəhbərləri mütəmadi olaraq görüşürlər. Bütün bunlar göstərir ki, münasibətlər yüksək səviyyədədir. Biz artıq bunu çoxdandır strateji tərəfdaşlar arasında münasibətlər kimi səciyyələndiririk və əminəm ki, gələcəkdə əməkdaşlıq potensialını gücləndirəcəyik".

    "Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 19-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

    Dövlət başçısı həmçinin ticari-iqtisadi sahədə yaxşı nəticələri qeyd edib: "Bu il bizdə ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşu artıb. Nəqliyyat sahəsində yeni imkanlar açılır. Biz bu istiqamətdə, energetika sahəsində fəal işləyirik. Əlbəttə, humanitar sahə də bizim ənənəvi əməkdaşlıq sahəsidir. Düşünürəm ki, bizim münasibətlərimiz bütün qonşular və tərəfdaşlar üçün nümunə ola bilər.

    Əlbəttə, bu gün həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi