Prezident: "Hər bir qələbə və uğurumuz işğal olunmuş torpaqlarımızın azad olunacağı günü daha da yaxınlaşdırır"

Prezident: "Hər bir qələbə və uğurumuz işğal olunmuş torpaqlarımızın azad olunacağı günü daha da yaxınlaşdırır" “Bu qələbə həm də ölkəmizin təbliğində önəmli hadisədir və bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır”
Qarabağ
24 Avqust , 2017 17:36
Prezident: Hər bir qələbə və uğurumuz işğal olunmuş torpaqlarımızın azad olunacağı günü daha da yaxınlaşdırır

Bakı. 24 avqust. REPORT.AZ/ “Bu qələbə həm də ölkəmizin təbliğində önəmli hadisədir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də “Qarabağ” futbol klubunun heyəti ilə görüşdə deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün “Qarabağ” futbol klubu Avropanın aparıcı klubları ilə yarışır və yarışacaq: "İndi bütün xarici kütləvi informasiya vasitələrinin xəbərlərində artıq Azərbaycanın “Qarabağ” klubu haqqında verilişlər gedir. Bu, əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır. Yenə də görürlər ki, baxmayaraq Ağdam şəhəri işğal altındadır, ancaq onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, yenə də göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Onu göstərir ki, biz öz torpağımızda yaşayırıq və hamımız arzu ilə yaşayırıq ki, torpaqlarımız işğaldan azad olunsun. Hər bir qələbə, hər bir uğurumuz, istənilən sahədə uğurumuz o günü yaxınlaşdırır".

"Keçən ilin aprel döyüşləri onu göstərdi ki, Azərbaycan istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Bu gün hərbi potensialımız imkan verir ki, biz döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi diktə edək. İdmanda da belədir və idman sevincini bizə idmançılar bəxş edir.

Mən sizin qələbənizi çox yüksək qiymətləndirirəm. Bu, tarixi qələbədir. Bu qələbə tarixə yazılıbdır və çox ədalətlidir ki, məhz “Qarabağ” klubu bu qələbəyə imza atdı. Mən sizi bir daha təbrik edirəm, gələcək uğurlar arzulayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, siz qrup mərhələsində də ölkəmizi layiqincə təmsil edəcəksiniz", - Prezident qeyd edib. 

Son xəbərlər

Orphus sistemi