Prezident: "Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, münaqişə çoxdan həll edilmiş olardı"

Prezident: "Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, münaqişə çoxdan həll edilmiş olardı" "Minsk qrupunun əsas fəaliyyət sahəsi Ermənistana daha çox təzyiq göstərmək olmalıdır"
Qarabağ
5 Oktyabr , 2017 01:12
Prezident: Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, münaqişə çoxdan həll edilmiş olardı

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, beynəlxalq hüquq normalarını və humanitar normaları kobud şəkildə pozan ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və təhlükəsizlik komitəsinin sədri Valter Stevensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zaman deyib.

"Düşünürəm ki, qarşıdakı ayda Minsk qrupunun əsas fəaliyyət sahəsi, - yəqin ki, onların regiona səfər etməyi planlaşdırdığını bilirsiniz, - beynəlxalq hüquq normalarına əməl etməsi üçün Ermənistanın işğalçı rejiminə daha çox təzyiq göstərmək olmalıdır. Münaqişənin həll olunmamasının səbəblərindən biri təcavüzkara qarşı beynəlxalq səviyyədə təzyiqin olmamasıdır. Əgər Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, beynəlxalq hüquq normalarını və humanitar normaları kobud şəkildə pozan ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, bəlkə də münaqişə çoxdan həll edilmiş olardı. Beynəlxalq ictimaiyyətin Ermənistana münasibətdə bu cür mülayim siyasəti onlarda belə təsəvvür yaradır ki, onlar bizim torpaqlarımızda qanunsuz şəkildə qalmağa davam edə bilərlər və bu, səbəblərdən biridir. Lakin düşünürəm onlar başa düşməlidirlər ki, bu, mümkün olmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mənim buna şübhəm yoxdur. Məsələ burasındadır ki, biz bunu sülh yolu ilə etmək istəyirik".

Son xəbərlər

Orphus sistemi