Prezident: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik"

Prezident: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik" Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycanın qarşılaşdığı ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Biz Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunacağı, qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacağı günü səbirsizliklə gözləyirik.
Qarabağ
3 İyul , 2018 17:24
Prezident: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ "Azərbaycanın qarşılaşdığı ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamışdır. Biz Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunacağı, qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacağı günü səbirsizliklə gözləyirik". 

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ prezidenti Donald Trampa göndərdiyi məktubda əksini tapıb.  

"Buna görə də münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik", - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi