Yuxarı
    Bağlamaq

    Prezident: “Beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir”

    “Bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir

    Bakı. 8 fevral. REPORT.AZ/ “Bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir".

    “Report”un xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında partiyanın sədri, Prezident İlham Əliyev deyib.

    Prezident qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir: "Heç vaxt imkan verə bilmərik ki, Azərbaycan toropaqlarında ikinci erməni dövləti yaradılsın. Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Təcrid siyasəti torpaqlarımız işğaldan azad etdirilənədək davam edəcək. Beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi