Yuxarı
    Bağlamaq

    Prezident: “Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır”

    “Dağlıq Qarabağa heç zaman müstəqillik verilməyəcək”

    Dağlıq Qarabağa heç zaman müstəqillik verilməyəcək”

    Bakı. 23 yanvar. REPORT.AZ/ "Ötən ilin Aprel döyüşləri zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər boyu yaratdığı mif dağıldı".

    "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilən hərbi şəhərciyinin açılışından sonra hərbi qulluqçularla görüşdə deyib.

    Dövlət başçısı vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır: "Ermənistan beynəlxalq təşkilatların torpaqların işğaldan azad olunması ilə bağlı tələblərinə məhəl qoymur.

    Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır. Münaqişənin həlli isə çox sadədir: Birincisi, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan ərazisində heç vaxt ikinci qondarma erməni dövlətinin yaranmasına biz icazə verməyəcəyik. Dağlıq Qarabağa heç zaman müstəqillik verilməyəcək. Əgər bunu kimsə gözləyirsə, qoy əbəs yerə gözləməsin, bu, olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həm tarixdə belədir, həm bütün dünya birliyi qəbul edir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi