Yuxarı
    Bağlamaq

    Poroşenko: Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq

    Biz Azərbaycanın Krım ilə bağlı tutduğu analoji mövqeyi alqışlayırıq

    Bakı. 18 yanvar. REPORT.AZ/ Ukrayna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılan separatçı rejimi heç vaxt tanımayacaq.

    "Report" xəbər verir ki, bunu Davosda Dünya İqtisadi Forumu çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyev ilə görüşdə Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

    "Mən dəqiq vurğulamaq istəyirəm ki, Ukrayna Dağlıq Qarabağın sənədlərinin müvafiq sertifikatlaşdırılmasını qəbul etmir və etməyəcək və biz Azərbaycanın Krım ilə bağlı tutduğu analoji mövqeyi alqışlayırıq", - deyə o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi