Yuxarı

​Polşanın XİN rəhbəri: “Ən böyük problem Azərbaycan və Ermənistan arasındadır”

“Bu ölkələr arasında illərdir dondurulmuş münaqişə yenidən əvvəlki vəziyyətinə qayıdıb”

Bakı. 29 may. REPORT.AZ/ Polşanın xarici işlər naziri Vitold Vaşikovski iyunun 2-də Varşavada Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşəcək.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Vaşikovski görüş zamanı Aİ-nin “Şərq Tərəfdaşlığı” çərçivəsində Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə münasibətləri, cənubdan gələn təhlükələr və onların qarşısının alınması, Böyük Britaniyanın Aİ-dən çıxmasına dair referendum və bir sıra digər məsələləri müzakirə etməyi planlaşdırır.

“İyunun 2-si Varşavada xanım Moqerini ilə hazırda yol ayrıcında qalan “Şərq Tərəfdaşlığı” ilə bağlı vəziyyəti müzakirə edəcəyik. Onun altı iştirakçısının hər biri Avropa İttifaqı ilə olduqca müxtəlif əməkdaşlıq vəziyyələrindədirlər. Onlardan üçü assosiasiya haqqında saziş imzalayıb, Belarus sazişsiz əməkdaşlığa hazırdır. Ən böyük problem Ermənistan və Azərbaycan arasındadır, çünki bu ölkələr arasında illərdir dondurulmuş münaqişə yenidən əvvəlki vəziyyətinə qayıdıb”, – deyə Vaşikovski bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi