Bakı. 16 iyun. REPORT.AZ/ "Yerevan işğal etdiyi Azərbaycan torpaqlarını qaytarıb, Moskvanın Qafqazdakı casusu olmaqdan əl çəkərsə, Ermənistanın təhlükəsizliyinə Qərbin təminat verəcəyinə əminəm".
"Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin keçmiş müşaviri, tanınmış təhlilçi Pol Qobl Ermənistan KİV-ə müsahibəsində deyib.
"Məncə, Ermənistan bu istiqamətdə addımlar ata bilər. Bununla da bir sıra məsələlərdə təminat alar. Qərbdə və Ermənistanda bu sövdələşəməni həyata keçirməyə hazır qüvvələrin olması aydın deyil. Mən buna şübhə ilə yanaşıram", - Pol Qobl vurğulayıb.
O vurğulayıb ki, Moskva kimi xarici qüvvə narahatlıq yaratmazsa, Azərbaycanla Ermənistan