​Peskov: "Rusiya və Azərbaycan prezidentləri Qarabağ mövzusuna toxunublar"

​Peskov: "Rusiya və Azərbaycan prezidentləri Qarabağ mövzusuna toxunublar" Müzakirələrin detalları barədə açıqlama verilmir
Qarabağ
16 İyun , 2015 06:18
​Peskov: Rusiya və Azərbaycan prezidentləri Qarabağ mövzusuna toxunublar

Bakı. 16 İyun. REPORT.AZ/ Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Bakıda aparılan danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələlərinə toxunublar.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Lakin o, müzakirələrin detalları barədə açıqlama verməyib.

"Liderlər başlıca olaraq Rusiya-Azərbaycan ikitərəfli münasibətlərini müzakirə ediblər, onlar tamamilə çoxşaxəlidir, genişdir. Qarabağ mövzusuna da toxunulub", - deyə Kremlin rəsmi nümayəndəsi bildirib.

Vladimir Putin 12-13 iyun tarixlərində Bakıda səfərdə olub.

Son xəbərlər

Orphus sistemi