Yuxarı

Peskov: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çalışır"

Bu, hər hansısa adi, birdəfəlik səy yox, mövcud beynəlxalq formatlar çərçivəsində ardıcıl siyasi xətdir

Bakı. 11 mart. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ardıcıl işləri davam edir, lakin yekun qərarı yalnız münaqişənin bilavasitə iştirakçıları verə bilər".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu, hər hansısa adi, birdəfəlik səy yox, mövcud beynəlxalq formatlar çərçivəsində ardıcıl siyasi xətdir. Bu formatların məsuliyyətli iştirtakçısı kimi Rusiya münaqişənin həlli üçün ardıcıl işləri davam etdirir", - deyə D.Peskov jurnalistlərin Kremlin son vaxtlarda bu istiqamətdə hansı addımlar atmasıyla bağlı sualını cavablandırarkən bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi