Yuxarı
    Bağlamaq

    Pensilvaniya ştatının Nümayəndələr Palatası Xocalı faciəsi ilə bağlı xüsusi qətnamə qəbul edib

    Bununla bağlı ştatın paytaxtı Harrisburqda Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə görüş olub

    Bakı. 26 Fevral. REPORT.AZ/ Pensilvaniya ştatının Nümayəndələr Palatası Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar xüsusi qətnamə qəbul edib. Bununla bağlı ştatın paytaxtı Harrisburqda Azərbaycandan gəlmiş nümayəndə heyəti ilə görüş olub.

    "Report" AzərTAc-a istinadən xəbər verir ki, görüş zamanı təmsilçilər palatasının spikeri Mayk Turzay qətnamənin Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edildiyi bir vaxtda qəbul edilməsini əlamətdar hadisə kimi dəyərləndirib.

    Daha sonra parlament binasında “Xocalı faciəsini xatırlayırıq” adlı tədbir keçirilib. İştirakçılar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə belə bir qətnamə qəbul etdiklərinə görə Pensilvaniya ştatının Nümayəndələr Palatasının üzvlərinə təşəkkürünü bildirib.

    Qətnamənin təşəbbüskarlarından olan Harri Ridşou çıxış edərək Xocalı faciəsinin insanlığa qarşı böyük cinayət olduğunu deyib. O bildirib ki, Xocalı qurbanlarının xatirəsi sağlam düşüncəli insanlar tərəfindən hər zaman anılacaq.

    Palatanın digər üzvləri çıxış edərək insanlıq əleyhinə yönəlmiş bu cür cinayətlərin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacib olduğunu vurğulayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi