Patriarx Kirill Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazır olduğunu bildirib

Patriarx Kirill Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazır olduğunu bildirib O, Azərbaycan və Ermənistanın dini liderlərini qan və düşmənçiliyi dayandırmaq üçün bütün nüfuzlarından istifadə etməyə çağırıb
Qarabağ
6 Aprel , 2016 11:30
Patriarx Kirill Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazır olduğunu bildirib

Bakı. 6 aprel. REPORT.AZ/ Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qareginə məktub ünvanlayıb. Məktubda Rusiya Pravoslav Kilsəsinin rəhbəri Dağlıq Qarabağda onlarla adamın öldüyü və yüzlərlə nəfərin yaralanmasıyla nəticələnən hərbi əməliyyatlar barədə xəbərləri narahatlıq və həyəcanla qəbul etdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Pravoslav Kilsəsinin saytı məlumat yayıb.

Məktublarda Patriarx Kirill tərəflərin ən qısa zamanda atəşkəs rejiminə əməl edəcəyinə və barışıq əldə olunacağına ümid etdiyini bildirib. O, bu çətin günlərdə öz dualarıyla Azərbaycan və Ermənistan xalqıyla birgə olduğunu qeyd edib.

O, Şeyxülislam Allahşükür Paşazadə və katolikos II Qaregini qan və düşmənçiliyi dayandırmaq üçün bütün nüfuzlarından istifadə etməyə çağırıb.

"Öz adımdan deyə bilərəm ki, Qarabağ münaqişəsinin həllinə hərtərəfli töhfə verməyə hazıram", - deyə Patriarx sözlərini bitirib.

Son xəbərlər

Orphus sistemi