Yuxarı
    Bağlamaq

    Paşinyan: Qarabağla bağlı danışıqların bərpası hazırlıq tələb edir

    Bakı. 11 avqust. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin bərpası üçün müəyyən hazırlıq mərhələsi lazım gələ bilər.

    “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu şənbə günü jurnalistlərə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

    "Biz artıq bəyan etmişik ki, hadisələrin istənilən inkişaf ssenarisinə, o cümlədən (Qarabağ üzrə – red.) danışıqların bərpasına hazırıq, lakin düşünürəm ki, hamı başa düşür ki, danışıqlar prosesi üçün, xüsusilə də hazırkı siyasi şəraitdə müəyyən hazırlıq mərhələsi lazımdır, müəyyən zəmin yaranmalıdır", - deyə o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi