Yuxarı

Parisdə Azərbaycan və Fransa prezidentlərinin görüşü keçirilib

Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərini müzakirə ediblər

Bakı. 27 oktyabr. REPORT.AZ/ Paris şəhərindəki Yelisey sarayında Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Fransua Olland arasında ikitərəfli görüşü keçirilib. "Report" Fransa prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı dövlət başçıları  Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair cari vəziyyəti müzakirə ediblər. 

İlham Əliyevlə görüşdən sonra Fransa prezidenti həmçinin Ermənistanın prezidenti Serj Sarqsyanla da görüşüb. 

Paris vaxtı ilə saat 18.00-da (Bakı vaxtı ilə saat 21.00-da) Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin  Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair üçtərəfli görüşü keçiriləcək. 

Saat 20.00-da (Bakı vaxtı ilə saat  23.00-da) dövlət başçıları iş yeməyinə qatılacaqlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi