Yuxarı
    Bağlamaq

    Pan Gi Mun: "BMT ATƏT regionunda həlli uzadılmış məsələlərin nizamlanmamasından narahatdır"

    BMT ATƏT-in münaqişələrin həlli üzrə səylərini dəstəkləməkdə davam edir

    Bakı. 28 iyun. REPORT.AZ/ BMT ATƏT regionunda həlli uzadılmış məsələlərin nizamlanmamasından, o cümlədən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulması hallarından narahatdır.

    "Report" xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Munun bu gün Vyanada işinə başlayan ATƏT-in təhlükəsizlik konfransı iştirakçılarına ünvanladığı və Cenevrədə BMT ofisinin baş direktoru Mixael Mollerin oxuduğu məktubda deyilir.

    Baş katib müraciətində, həmçinin rəhbərlik etdiyi təşkilatın ATƏT-in münaqişələrin həlli və regiondakı digər vacib məsələlər üzrə səylərini dəstəkləməkdə davam edəcəyini vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi