Pakistanın baş naziri Azərbaycan səfirini qəbul edib

Pakistanın baş naziri Azərbaycan səfirini qəbul edib Şahid Xaqan Abbasi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı Pakistanın prinsipial mövqeyini bir daha təsdiqləyib
Qarabağ
9 Oktyabr , 2017 17:19
Pakistanın baş naziri Azərbaycan səfirini qəbul edib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Pakistanın baş naziri Şahid Xaqan Abbasi oktyabrın 9-da Azərbaycanın İslamabaddakı səfiri Əli Əlizadəni qəbul edib.

“Report” Pakistanın dövlət radiosuna istinadən xəbər verir ki, görüş qarşılıqlı hörmət və anlaşma şəraitində keçib.

Baş nazir Azərbaycanın mübahisəli Cammu və Kəşmirə dair Təmas Qrupundakı fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cammu və Kəşmirlə bağlı yaradılan Təmas Qrupunun üzvüdür.

Şahid Xaqan Abbasi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı Pakistanın prinsipial mövqeyini bir daha təsdiqləyib.

Baş nazir Pakistanla Azərbaycan arasındakı iqtisadi əməkdaşlığı daha yüsək səviyyəyə çatdırmağa çağırıb: "İki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq inkişaf edir". 

Son xəbərlər

Orphus sistemi