Yuxarı
    Bağlamaq

    Pakistan XİN-i ermənilərin Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinə qarşı etdiyi hücumu pisləyib

    Biz Azərbaycan xalqının hisslərini anlayırıq

    Bakı. 7 iyul. REPORT.AZ/ Pakistanın Xarici İşlər Nazirliyi iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin ermənilər tərəfindən atəşə tutulması faktına münasibət bildirib.

    "Report"un Pakistan XİN-ə istinadən verdiyi xəbərə görə, açıqlamada Pakistan 2 yaşlı qızın ölümünə səbəb olan və dinc əhaliyə qarşı yönələn hücumu qəti şəkildə pislədiyini bildirib.

    "Biz Azərbaycan xalqının hisslərini anlayırıq. Çünki analoji hadisələr hər gün Kəşmir bölgəsində, Hindistan ordusu ilə təmas xəttində müşahidə edilir. Burada həmçinin günahsız insanlar, körpələr öldürülür, dinc əhalinin əmlakı məhv edilir", - açıqlamada deyilir.

    Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

    Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmin faktlarla bağlı Füzuli rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi