Yuxarı
    Bağlamaq

    Pakistan səfiri: "Qarabağ və Kəşmir problemləri ilə bağlı BMT-nin qətnamələri indiyədək yerinə yetirilmir"

    Səid Xan Mohmand: Bu, bizim üçün yalnız ərazilərin problemi deyil, həm də insan hüquqlarının pozulması problemidir© Report/ Firi Salim — Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand

    Bakı. 27 oktyabr. REPORT.AZ/ "Təəssüf ki, Kəşmir və eyni zamanda Dağlıq Qarabağ problemləri ilə bağlı BMT-nin qətnamələri yerinə yetirilmir."

    "Report" xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand Kəşmir hadisələrinin növbəti ildönümünə həsr olunmuş tədbirdə bildirib.

    Səfir qeyd edib ki, Pakistanın Kəşmir problemi ilə Azərbaycanın Dağlıq Qarabağ problemi çox oxşardır: "Qarabağ ərazisi də Kəşmir regionu kimi işğal olunub. Bu insan faciəsidir. Bizim oxşar qaçqın problemlərimiz var. Bu, bizim üçün yalnız ərazilərin problemi deyil, həm də insan hüquqlarının pozulması problemidir."

    O qeyd edib ki, 1989-ci ildən bu günə qədər Cammu və Kəşmirdə münaqişənin qurbanı təxminən 100 min nəfər olub, daha 7 min işgəncələr nəticəsində ölüb, 107 min uşaq yetim qalıb.

    Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini şərh edərkən Pakistan səfiri Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü müsbət qarşılayıb, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi