​Pakistan Prezidenti Əjdərbəy məscidində olub

​Pakistan Prezidenti Əjdərbəy məscidində olub Şeyxülislam vurğulayıb ki, Pakistanın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir
Qarabağ
13 Mart , 2015 14:31
​Pakistan Prezidenti Əjdərbəy məscidində olub

Bakı. 13 mart. REPORT.AZ/ Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn martın 13-də Bakıdakı Əjdərbəy məscidində olub. “Report” AZƏRTAC-a istinadən xəbər verir ki, Pakistan dövlətinin başçısı məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

Allahşükür Paşazadə görüşdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan və Pakistan prezidentlərinin dostluq münasibətləri xalqlarımız arasındakı əlaqələrin təzahürüdür.

Şeyxülislam vurğulayıb ki, Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Prezident Məmnun Hüseyn Azərbaycana səfərindən, keçirdiyi çoxsaylı görüşlərdən, ölkəmizdə müşahidə etdiyi inkişaf prosesindən məmnunluğunu bildirib.

Son xəbərlər

Orphus sistemi