Yuxarı
    Bağlamaq

    PA-nın şöbə müdiri: "Ermənistan rəhbərliyi məqsədyönlü şəkildə irqçilik, nasist ideologiyasını təbliğ edir"

    © Sputnik

    Bakı. 15 iyun. REPORT.AZ/ "Tarix boyu elə dövlətlər olub və hazırda da var ki, onlar məqsədyönlü şəkildə cəmiyyətdəki etnikmədəni müxtəlifliyin artmasının qarşısını almağa çalışırlar. Bu dövlətlər etnik-mədəni müxtəlifliyin artmasını öz milli təhlükəsizliyinə təhdid hesab edirlər".

    "Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib. 

    O vurğulayıb ki, belə dövlətlər cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsi siyasətinə bu müxtəlifliyin ləğv olunması siyasətini qarşı qoyublar: "Misal kimi belə dövlətlərdən Ermənistanı göstərmək olar. Ermənistan rəhbərliyi ölkədə hələ 1930-cu illərdə faşist, irqçi Qaregin Njde və Ayk Asatryan tərəfindən irəli sürülmüş “Tseqokron” (erməni dilindən tərcümədə “qəbiləyə sitayiş” mənasını verir) adlı irqçi nəzəriyyəni geniş şəkildə təbliğ edir. 2004- cü ildə İrəvanda “Qaregin Njde və onun təlimi” adlı kitab nəşr olunub. 2016-cı ilin mayın 28-də Yerevanın mərkəzində Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyanın iştirakı ilə nasist canisi Qaregin Njdenin heykəli açılıb. Müasir dövrdə Ermənistan rəhbərliyi məqsədyönlü şəkildə irqçilik, nasist ideologiyası olan tseqokronizmi təbliğ etməklə Ermənistanı monoetnik ölkəyə çevirib". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi