​PA: Azərbaycan ermənilərin aprel ayındakı təxribatları ilə bağlı Avropa Məhkəməsinə 200-dən çox şikayət ərizəsi göndərib - EKSKLÜZİV

​PA: Azərbaycan ermənilərin aprel ayındakı təxribatları ilə bağlı Avropa Məhkəməsinə 200-dən çox şikayət ərizəsi göndərib - EKSKLÜZİV Çingiz Əsgərov: “Növbəti müddətdə də şikayətlər göndəriləcək”
Qarabağ
1 İyun , 2016 17:39
​PA: Azərbaycan ermənilərin aprel ayındakı təxribatları ilə bağlı Avropa Məhkəməsinə 200-dən çox şikayət ərizəsi göndərib - EKSKLÜZİV

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan bu il aprelin əvvəlində Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə 200-dən çox şikayət ərizəsi göndərib.

Bu barədə “Report”a Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

O bildirib ki, bu proses davam edir, növbəti müddətdə də şikayətlər göndəriləcək.

Xatırladaq ki, bu il aprelin 2-5-də baş verən döyüşlər zamanı erməni tərəfi Azərbaycanın 500-dən çox mülki və sosial obyektinə ziyan vurub, azərbaycanlı hərbçilərin meyitlərinin üzərində qeyri-insani rəftara yol verib və s. hərəkətlər edib.

Son xəbərlər

Orphus sistemi