​Özbək mətbuatı Azərbaycanın Şuşa şəhəri haqqında geniş məqalələr verib

​Özbək mətbuatı Azərbaycanın Şuşa şəhəri haqqında geniş məqalələr verib Məqalələrdə Azərbaycan mədəniyyətinin məbədi olan Şuşanın Qarabağın ən gözəl guşələrindən biri olduğu yazılır
Qarabağ
18 Fevral , 2015 14:28
​Özbək mətbuatı Azərbaycanın Şuşa şəhəri haqqında geniş məqalələr verib

Bakı. 18 fevral. REPORT.AZ/ Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın aparıcı “silkway.uz” və “uchildiz.uz” saytlarında "Şuşa - Azərbaycan musiqisinin və ədəbiyyatının məbədi" (Шуша — храм Азербайджанской музыки и литературы) adlı məqalələr verilib.

Mərkəzdən "Report"a verilən məlumata görə, məqalələrdə Azərbaycanın Şuşa şəhərinin əsasını Qarabağ Xanlığının banisi Pənah Əli bəy Cavanşir tərəfindən qoyulduğu, Şuşa şəhərinin adının etimologiyasının türk mənşəli söz olub, "yüksəklik" mənasını verdiyi bildirilir.

Qeyd olunur ki, bütün dünyada elə şəhərlər var ki, hər daşı, hər küçəsi, hər məkanı musiqini xatırladır. Vyana-Avstriyada, Neapol-İtaliyada, Şuşa isə Azərbaycanda musiqi beşiyi hesab edilir.

Məqalələrdə Azərbaycanın mədəniyyətinin məbədi olan Şuşa Qarabağın ən gözəl guşələrindən biri olduğu yazılır.

Məqalədə bildirilir ki, dahi Azərbaycan şairi Səməd Vurğunun sözləri də gətirilir: "Bütün populyar müğənnilər və musiqiçilər - Azərbaycanın Şuşa şəhərindəndir. Şuşanı əbəs yerə musiqi və poeziyanın beşiyi adlandırmırlar və bu şəhər haqlı olaraq "Qafqazın konservatoriyası" adlandırırlar".

Məqalədə qeyd olunur ki, Şuşa tarixi abidələr şəhəridir və bu abidələr haqqında geniş məlumat verilir.

Məqalənin sonunda 1988-ci ildə Şuşa şəhəri Azərbaycanın Dövlət Tarixi Arxitektura Qoruğu və 1977-ci ildə şəhərin tarixi hissəsinin YUNESKO tərəfindən Tarixi Arxitektura Qoruğu elan edildiyi qeyd olunur. 

Son xəbərlər

Orphus sistemi