​Ötən həftə Ermənistan 7 hərbçisini itirib

​Ötən həftə Ermənistan 7 hərbçisini itirib Bu, ermənilərin təmas xəttində əl atdığı təxribatdan sonra baş verib
Qarabağ
3 May , 2016 01:47
​Ötən həftə Ermənistan 7 hərbçisini itirib

Bakı. 3 May. REPORT.AZ/ Ötən həftə, aprelin 25-dən mayın 1-dək olan müddət ərzində Ermənistanda 7 hərbçi ölümü qeydə alınıb.

"Report" xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi son insident barədə bazar günü məlumat yayıb.

Erməni silahlı dəstələrinin qoşunların işğal altında olan Xocavənd istiqamətindəki təmas xəttində atəşkəsi pozması nəticəsində hərbçi Aşot Zöhrabyan ölüb.

Bunadək isə, düşmən 5 hərbçisini itirib: 24 yaşlı Tiqran Poqosyan, 44 yaşlı Aram Aruşanyan, 20 yaşlı Ayk Minasyan, 19 yaşlı Qarik Movsisyan və 48 yaşlı Vazgen Arutyunyan.

Hərbçi ölümü, həmçinin Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qeydə alınıb. Rəsmi versiyaya görə, aprelin 25-də "QAZ-66"nın yük yerində müddətli həqiqi hərbi xidmətdə olan Ovanes Petrosyanın meyiti aşkar edilib.

Son xəbərlər

Orphus sistemi