Ötən gecə ermənilər atəşkəsi 50 dəfə pozub

Ötən gecə ermənilər atəşkəsi 50 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
11 Aprel , 2015 09:39
Ötən gecə ermənilər atəşkəsi 50 dəfə pozub

Bakı. 11 aprel. REPORT.AZ/ Ötən gecə ermənilər atəşkəsi 50 dəfə pozub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub.

Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Şuraabad, Novruzlu, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Sarıcalı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi