Yuxarı
    Bağlamaq

    Oqtay Əsədov: "Beynəlxalq təşkilatlar bütün məsələlərə birtərəfli baxırlar"

    Gələndə nə ediblər ki, gəlməyəndə də nə etsinlər?

    Bakı. 2 fevral. REPORT.AZ/ “"Erməni soyqırımı"nın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə qarşı Azərbaycan xalqının reaksiyası yetəri qədər deyil. Axı, bu məsələ tək Türkiyəyə qarşı deyil, həm də Azərbaycana qarşı yönələn hadisədir. Ona görə də bu yalanın sındırılması Azərbaycanın da xeyrinədir”. “Report” xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

    O, Fransa prezidenti Fransua Ollandın aprelin 24-də saxta soyqırımla bağlı İrəvana səfər edəcəyini və erməni xalqı ilə həmrəylik etdirəcəyini xatırladıb: “Qarşıdan Xocalı soyqırımın 23-cü ildönümü gəlir. Bəlkə biz də bu gündən təbliğat işlərinə başlayaq. Olland da daxil olmaqla, digər ermənipərəst və soyqırıma “həssas yanaşan” deputatlara, siyasətçilərə müraciət ünvanlayıb onları Bakıya dəvət edək. Bununla da onlar tarixdən soyqırım axtarmaq əvəzinə, sivil dünyada baş verən gerçək soyqırımları görə bilərlər”.

    Spiker Oqtay Əsədov isə deputatın təklifinə cavab olaraq deyib ki, heç kim Azərbaycanın milli faciələri ilə bağlı məlumatları beynəlxalq ictimaiyyətə çatdırmağa mane olmur: “Xocalı soyqırımı haqqında biz də öz sözümüzü deyirik, mətbuat da yazır. Bu yaxınlarda İstanbulda İslam Ölkələri Parlament sədrlərinin konfransında bu məsələ qaldırıldı. Demək olmaz ki, bu istiqamətdə iş aparılmır. Biz bütün beynəlxalq tədbirlərdə soyqrımla bağlı məsələni qaldırırıq. Ancaq dərinə gedəndə görürük ki, beynəlxalq təşkilatlar həqiqətən bütün məsələlərə birtərəfli baxırlar. Beynəlxalq təşkilatların nümayəndələri Ermənistana gedir, əmin ola bilərsiniz ki, onlar Azərbaycana gəlməyəcək. Gələndə nə ediblər ki, gəlməyəndə də nə etsinlər? Biz özümüz öz məsələmizi həll etməsək heç bir beynəlxalq təşkilat Azərbaycan məsələlərinə çarə qılmayacaq. Mən buna əmin olmuşam”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi