Yuxarı
    Bağlamaq

    ​Ombudsman Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar bəyanat yayıb

    Bəyanat beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına və diaspor təşkilatlarına göndərilib

    Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar hər il olduğu kimi bəyanat verib.

    Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

    Bəyanatda bildirilir ki, Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni hərbi qüvvələrinin və onların havadarlarının xalqımıza qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli faciəsidir: “Artıq 24 il keçməsinə baxmayaraq, bu soyqırıma hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib”.

    Bu sənəddə bəyan edilir ki, günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır.

    Bəyanat ingilis dilinə tərcümə olunaraq BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, habelə Azərbaycanın 180-dən çox diaspor təşkilatlarına göndərilib.

    Eyni zamanda, həmin bəyanat BMT-nin İnsan Hüquqları Şurasının 31-ci sessiyasına da təqdim olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi