Yuxarı
    Bağlamaq

    Ombudsman: “Ermənistanın Azərbaycana vurduğu ziyan və verdiyimiz itkilər yenidən hesablanmalıdır”

    “Xocalı faciəsi və ermənilərin Azərbaycanın digər rayonlarında törətdikləri hadisələrlə bağlı rəqəmlərə qayıtmaq, dolğun məlumatlar vermək lazımdır”

    Bakı. 24 fevral. REPORT.AZ/ “Xocalı faciəsi və ermənilərin Azərbaycanın digər rayonlarında törətdikləri hadisələrlə bağlı rəqəmlərə qayıtmaq, dolğun məlumatlar vermək lazımdır”.

    “Report”un məlumatına görə, bunu Xocalı soyq­ırımının 2­5-ci ildön­ümünə həsr ­edilən “­Xocalı faciə­si: unud­ulmayan tarix­ və gün­ahsız uşaqlar”­ adlı tədbirdə ombudsman Elmira Süleymanova deyib.

    O bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatlarının qiymətləndirilməsi üzrə İşçi qrupu tərəfindən aparılan qiymətləndirmə işlərinin nəticələrinə əsasən Ermənistanın ölkəmizə vurduğu zərərlərin yekun məbləği 819 milyard 15 milyon ABŞ dolları həcmindədir: “Mən bu rəqəmlərə inanmıram, çünki o dövrün belə bir qüvvəsi yox idi. O dövrdə Azərbaycanda olan hakimiyyət nümayəndələri bildirdi ki, Xocalıda baş verən faciə nəticəsində 2-3 nəfər ölüb. Tək Xocalı deyil, neçə rayonumuz soyqırıma məruz qalıb ki, onların izləri bizdə yoxdur. Əgər belə bir imkan olsa, real olaraq Azərbaycanın erməni təcavüzü nəticəsində itkiləri dəyərləndirsələr, bu, 819 milyard 15 milyon onun qarşısında heç nə olar”.

    Ombudsmanın sözlərinə görə, hesabatlara görə, Azərbaycanın 20 min şəhid verdiyi deyilir: “Bu rəqəmlərdə də qayıtmaq lazımdır, mümkün qədər dolğun materiallar yığmaq lazımdır”.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi