Yuxarı
    Bağlamaq

    ​Olland: "Fransa Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik səylərini qətiyyətlə davam etdirəcək"

    Ümid edirəm ki, 2014-cü ilin oktyabrında Parisdə keçirilən iclasdakı irəliləyişlər məsələnin tezliklə həll olunmasına təkan verəcək

    Bakı. 22 sentyabr. REPORT.AZ/ "ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz vasitəçilik səylərini qətiyyətlə davam etdirəcək".

    "Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Müstəqillik günü münasibətilə Fransa prezidenti Fransua Ollandın Serj Sarqsyana göndərdiyi məktubda deyilir.

    "Ümid edirəm ki, 2014-cü ilin oktyabrında Parisdə keçirilən iclasdakı irəliləyişlər məsələnin tezliklə həll olunmasına təkan verəcək", - məktubda deyilir.

    Almaniyanın Federal prezidenti Yoahim Qauck da S.Sarqsyana göndərdiyi təbrik məktubunda Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını arzulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi