“Nur Telecom” şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində rouminq razılaşmasını dayandırıb

“Nur Telecom” şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində rouminq razılaşmasını dayandırıb Qırğızıstanın “Nur Telecom” şirkəti tərəfindən Azərbaycanın səfirliyinə məktub göndərilib
Qarabağ
20 Yanvar , 2015 16:47
“Nur Telecom” şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində rouminq razılaşmasını dayandırıb

Bakı.20 yanvar.REPORT.AZ/ Azərbaycanın Qırğızıstan Respublikasındakı Səfirliyinin müdaxiləsi nəticəsində “O!” ticarət markası adı altında Qırğızıstan Respublikasında fəaliyyət göstərən “Nur Telecom” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşması dayandırılıb. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında deyilir.

“Nur Telecom” şirkəti tərəfindən Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı Səfirliyinə 20 yanvar 2015-ci il tarixində ünvanlanmış məktubda şirkətin internet saytında verilmiş düzgün olmayan məlumata görə təəssüf ifadə olunur və bunun aradan qaldırılması üçün 19 yanvar 2015-ci il tarixində şirkət tərəfindən təxirəsalınmaz tədbirlərin görüldüyü bildirilir.

Xatırladaq ki, Azərbaycanın Qırğızıstandakı Səfirliyinin müdaxiləsi nəticəsində 2013-cü ildə Qırğızıstanda fəaliyyət göstərən Megacom və BİTEL mobil operatorlarının da Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşmaları dayandırılıb.

Son xəbərlər

Orphus sistemi