Yuxarı

Novruz Məmmədov: "Dağlıq Qarabağ münaqişəsi 25 il ərzində beynəlxalq hüquq prinsiplərinin unudulduğunu göstərdi"

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ölkəmiz üçün ən vacib prioritetdir

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi 25 il ərzində beynəlxalq hüquq prinsiplərinin demək olar, unudulduğunu göstərdi".

"Report" xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov "Qlobal və regional arenada Azərbaycanın rolu: reallıqlar və perspektivlər" mövzusunda konfransda çıxış edərkən deyib.

"Bu münaqişə olmasaydı, ikili standartların nə olduğunu bilməzdik. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ölkəmiz üçün ən vacib prioritetdir", - deyə N.Məmmədov bildirib.

O əlavə edib ki, beynəlxalq təşkilatlar və ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

PA rəsmisi vurğulayb ki, iş o yerə çatıb ki, dünyanın super dövləti olan ABŞ-ın dövlət katibi Con Kerri dünyaya mesaj venrir ki, guya liderlər münaqişənin həllinə hazır deyil: "ATƏT-in Minsk qrupunun həmsədrləri indiyə qədər hansı məntiqli variant irəli sürüblər ki, Azərbaycan onunla razılaşhmayıb? Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu niyə azad edilmir? Yüz minlərlə insanın yaşamış olduğu bu 7 rayonun azad edilməsi üçün bu böyük dövlətlər hansı addımları atıblar? Həmsədrlərin ötən illərdə düşünüb tapdığı yol odur ki, Azərbaycan və Ermənistan özləri razılığa gəlsin. Bu, Azərbaycana ədalətsiz, ikili standartlara əsaslanan münasibətin təzahürüdür. Ermənistan iddia edir ki, Azərbaycan kompromislərə hazır deyil. Ermənistan bunu dedikdə Dağlıq Qarabağın bütövlükdə Ermənistana verilməsini nəzərdə tutur. Con Kerrinin bəyanatı daha çox Ermənistanın bu mövqeyinə bənzəyir. ABŞ-ın müvafiq qurumları Con Kerrinin bəyanatları ilə bağlı müvafiq izahat verməlidir. Ermənistan münaqişənin həllinin uzadılmasına çalışır və belə bəyanatlar da buna əsas verir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi