Bakı. 29 aprel. REPORT.AZ/ "Hamı bilir ki,
N.Məmmədov qeyd edib ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli Minsk Qrupunun monopoliyasına verilib: "Biz bunu bilə-bilə bu prosesləri uzun zamandır davam etdiririk. Bu gün Qərb dövlətlərinin siyasi xadimləri öz fikir və maraqlarını beynəlxalq hüquq normaları kimi qəbul edirlər və onlar düşünürlər ki, nə deyirlərsə deməli o da olmalıdır. Əgər Azərbaycan-Ermənistan dağlıq Qarbağ məsələsi ilə bağlı ədalətli mövqe ortaya qoyulub münaqişə həll edilsəydi, sonrakı problemlər bəlkə də olmazdı. Nə Gürcüstan, nə Moldova, nə də Ukrayna ilə bağlı belə münaqişə və çətinliklər ortaya çıxmazdı".
O bildirib ki, 20-25 il ərzində dünyada gedən proseslərdə beynəlxalq hüquq, onun norma və prinsipləri deyil, daha çox böyük dövlətlərin siyasi, iqtisadi, xüsusilə də geosiyasi maraqları güdülüb: "Bu da indiki vəziyyətin yaranmasına gətirib çıxartdı. Bu günə qədər nə Qərbdə, nə Avropada, nə də dünyanın başqa bir yerində bu məsələ ilə bağlı beynəlxalq hüquqa uyğun gələn fikir söylənilir. 25 il əvvəl dünyada təxminən 10 ölkədə narahatlıq doğuran qaynar nöqtə deyilən yerlər vardı. Bu gün isə bu ölkələrin sayı 50-yə yaxındır və bu proseslər öz-özünə baş vermir, hansısa səbəblərdən ortaya çıxır ".