Yuxarı

Novruz Məmmədov: "ABŞ Dağlıq Qarabağın separatçı rejiminə birbaşa maliyyə dəstəyi göstərir"

Bəzi xarici tənqidçilər Azərbaycanı gözdən salmağa çalışırlar

Bakı. 4 fevral. REPORT.AZ/ "Azərbaycan çox vaxt onun müstəqil mövqeyi ilə barışa bilməyən bəzi Qərb siyasətçilərinin əsassız tənqid obyektinə çevrilir". 

"Report" xəbər verir ki, bu barədə "Lenta.ru"ya müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib. 

"Azərbaycan beynəlxalq əlaqələrini bərabərhüquqluluq prinsipi və qarşılıqlı səmərəlilik əsasında qurur. Bu baxımdan Qərb dövlətləri, o cümlədən ABŞ da istisna deyil", - N.Məmmədov qeyd edib.

O vurğulayıb ki, Azərbaycanın mövqeyində ikitirəlik yoxdur və rəsmi Bakı hər zaman müntəzəm dialoq, qarşılıqlı əməkdaşlıq və başqa ölkələrin daxil işlərinə müdaxilə etməməyin tərəfdarı kimi çıxış edib.

PA rəsmisi ayrı-ayrı ölkələrin mövqeyindən və ikili standartlar siyasətindən heyrətə gəldiyini bildirib. 

N.Məmmədov qeyd edib ki, bəzi xarici tənqidçilər Azərbaycanı gözdən salmağa çalışırlar. 

"ABŞ Dağlıq Qarabağın separatçı rejiminə birbaşa maliyyə dəstəyi göstərir. Bununla belə, digər regionlarda eyni vəziyyətlərdə ABŞ sanksiya siyasətini tətbiq edir və öz maliyyə strukturlarına həmin ərazilərdə fəaliyyət göstərməyi qadağan edir", - o vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi