​Nikolay Bordyuja: "KTMT Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb edilməyib"

​Nikolay Bordyuja: "KTMT Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb edilməyib" Baş katib: "Çox həssas olan məsələ ilə bağlı KTMT-nin mövqeyini dəyişməsinə ehtiyac görmürəm"
Qarabağ
12 Fevral , 2016 19:11
​Nikolay Bordyuja: KTMT Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə cəlb edilməyib

Bakı. 12 fevral. REPORT.AZ/ Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə cəlb edilməyib.

"Report" xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bu gün Moskvada telekörpüdə bildirib.

"Çox həssas olan məsələ ilə bağlı KTMT-nin mövqeyini dəyişməsinə ehtiyac görmürəm. Vəziyyət bizim müttəfiqlərimizdən biri olan Ermənistana da aiddir. Münaqişənin tənzimlənməsi ilə ATƏT tərəfindən yaradılan bir neçə beynəlxalq qurum məşğuldur. Ona görə də mövqeyimizi dəyişməyi mənasız sayıram", - deyə baş katib söyləyib.

Onun sözlərinə görə, KTMT-nin və üzv-dövlətləin mövqeyi dəqiq və aydındır: "Biz münaqişənin sülh yoluyla həllini istəyirik. Bütün dövlətlər Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasına, ağır texnikadan istifadəyə qarşıdır".

Son xəbərlər

Orphus sistemi