Nikol Paşinyan: “Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ABŞ-ın roluna çox yüksək qiymət veririk”

Nikol Paşinyan: “Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ABŞ-ın roluna çox yüksək qiymət veririk” Bakı. 4 iyul. REPORT.AZ/ “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində, bölgədə sülh və sabitliyin təmin olunmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın roluna çox yüksək qiymət veririk”.
Qarabağ
4 İyul , 2018 13:34
Nikol Paşinyan: “Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində ABŞ-ın roluna çox yüksək qiymət veririk”
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ/ “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində, bölgədə sülh və sabitliyin təmin olunmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın roluna çox yüksək qiymət veririk”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu fikirlər ölkənin baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampa göndərdiyi təbrik məktubunda əksini tapıb. 

Baş nazir ABŞ-ın Ermənistana demokratiya, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, insan haqlarının müdafiəsi, iqtisadiyyatın inkişafı, korrupsiyaya qarşı mübarizə, təhlükəsizlik sisteminin gücləndirliməsi və başqa sahələrdə göstərdiyi yardıma görə təşəkkür edib. 

Son xəbərlər

Orphus sistemi