​Azərbaycan Müdafiə Nazirliyi ermənilərin Tərtərdə atəşkəsi pozması və üç mülki şəxsin yaralanmasını təsdiqləyib

​Azərbaycan Müdafiə Nazirliyi ermənilərin Tərtərdə atəşkəsi pozması və üç mülki şəxsin yaralanmasını təsdiqləyib Erməni silahlı birləşmələri Tərtərin Qapanlı kəndində keçirilən toy mərasimi çadırını atəşə tutublar
Qarabağ
1 Sentyabr , 2015 15:56
​Azərbaycan Müdafiə Nazirliyi ermənilərin Tərtərdə atəşkəsi pozması və üç mülki şəxsin yaralanmasını təsdiqləyib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanın Müdafiə Nazirliyi erməni silahlı bölmələrinin cəbhənin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində üç nəfər mülki şəxsin yaralanmasını təsdiqləyib. 

Nazirliyin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, erməni silahlı birləşmələri cəbhənin Tərtər istiqamətində atəşkəs rejimini pozublar və rayonun Qapanlı kəndində keçirilən toy mərasimi çadırını atəşə tutublar. Nəticədə toyda iştirak edən üç mülki vətəndaş yaralanıb. 

Qeyd edək ki, Qapanlı kənd sakini Barat Süleymanovun övladının kiçik toy mərasimi zamanı ermənilər toy mağarını atəşə tutub. Hadisə nəticəsində toyda iştirak edən Müşkünaz Əliyeva və Mədinə Tanrıverdiyeva bacıları və 3 yaşlı Zəhra Əlizadə güllə yarası alıb.

Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi