Yuxarı

Necdət Ünüvar: "Qara Yanvar acılarını Azərbaycanla birlikdə yaşayırıq"

Qara Yanvar azərbaycanlılar üçün olduğu kimi türkiyəlilər üçün də qara gündür

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar 20 Yanvar faciəsi ilə bağlı müraciət yayıb.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, müraciətdə N.Ünüvar 20 Yanvar hadisələrini türk dünyasının yaşadığı ən acı günlərdən biri adlandırıb. Millət vəkili bildirib ki, Qara Yanvar azərbaycanlılar üçün olduğu kimi türkiyəlilər üçün də qara gündür.

"Sovet ordusu insanların yatdığı soyuq bir qış gecəsini seçərək, 143 nəfəri amansızcasına qətlə yetirib. Sovet ordusunun sərt müdaxiləsi Azərbaycan xalqında böyük etirazlara səbəb oldu. Azərbaycan xalqının bu etirazlarını səngitmək, milliyətçi hərəkatı boğmaq niyyətləri əks təsir göstərdi. Sovet birliyinin tərkibində olan digər türk xalqlarının arasında milliyətçi hərəkatını daha da artırdı", - deyə, türk millət vəkili müraciətində qeyd edib.

N.Ünüvar bildirir ki, Qara Yanvar hadisələri Azərbaycan üçün günəşin doğulmasından öncə ən qaranlıq vaxtı olub: "Biz Azərbaycan ilə bir millət iki dövlət olaraq, bu acıları birlikdə yaşayırıq. 20 Yanvar Hüzn Günü ilə əlaqədar Azərbaycan və Türk xalqına başınız sağ olsun, həmin gün qətlə yetirilən qardaşlarımıza isə bir daha Allah rəhmət eləsin deyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi