Nazir müavini: "Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının başlanması üzrə razılaşdırılmış fəaliyyət qrafiki zəruridir"

Nazir müavini: "Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının başlanması üzrə razılaşdırılmış fəaliyyət qrafiki zəruridir" Ermənistan rəhbərliyi özünə sərf edən belə siyasi şərtlə sanki bazarlıq edir"
Qarabağ
6 May , 2017 12:17
Nazir müavini: Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının başlanması üzrə razılaşdırılmış fəaliyyət qrafiki zəruridir

Bakı. 6 may. REPORT.AZ/ "Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının başlanması üzrə razılaşdırılmış fəaliyyət qrafiki zəruridir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

"Maneələri aradan qaldırmaq lazımdır. Hər bir münaqişənin həlli tərəflərin mövqelərinin yaxınlaşması ilə başlayır. Bunu fikirləşməyə, icad etməyə ehtiyac yoxdur: beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnaməsi hər şeyi açıq-aydın göstərir. Bu sənədlər Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtması üşün münasib şəraitin təmin olunmasını tələb edir.

Bu bazanı digər tərəf də tanıyarsa, irəli hərəkət etmək olar. Belə planlar həm 1992-ci ildə, həm də 1993-cü ildə olub. Amma hər dəfə Ermənistan tərəfinin hansısa hərəkəti ilə planlar boşa çıxıb. Bu təcrübə aradan qaldırılmayınca irəli hərəkət edə biləcəyimizi düşünmürəm", - A.Əzimov bildirib.

"Tez-tez ATƏT-in Minsk qrupunun həmsədrlərindən onların tərəflərlə nizamlanma məsələsini müzakirə etdiklərini eşidirik. Onlar bəzən prinsiplər barədə razılığa gəlmək lazım olduğuna işarə edirlər. Bəzən yanaşmalarda razılıq əldə edilməli olduğunu bildirirlər. Hərçənd prinsiplərlər də, yanaşmalar da mövcuddur. Odur ki, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına başlanmasının qrafiki tərtib olunmalıdır. Bütün bunlar təhlükəsizlik zəmanəti ilə olmalıdır.

Fəaliyyət qrafikini də hazırlamaq olar. Bunda problem görmürəm, problem başqa şeydədir. Problem ziddiyyətlərdə və Ermənistan tərəfinin konkret maraqlarında, onların Azərbaycan torpaqlarının işğalını davam etdirməsində maraqlı olanlardadır. Ermənistan rəhbərliyi də özünə sərf edən belə siyasi şərtlə sanki bazarlıq edir", - nazir müavini bildirib.

Son xəbərlər

Orphus sistemi